“Neftçi”nin legioneri millisinin düşərgəsinə yollanmayacaq
- 14 Mar 2024 17:30
- 191
"Neftçi"nin legioner futbolçusu Alfa Konte şərəfini qoruduğu Syerra Leone millisinin düşərgəsinə yollanmayacaq.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb yığmanın oyunlarının ləğv olunmasıdır.
Syerra Leone millisi martın 22-də və 25-də Sudan və Botsvana ilə yoldaşlıq görüşləri keçirməli olsa da, hər iki komanda sözügedən matçlardan imtina edib.
Konte "Neftçi"yə bu ilin əvvəlində Bolqarıstanın "Lokomotiv" klubundan keçib.