![photo](https://www.rekord.az/storage/uploads/5/187238-usiviktgls.jpg)
"Neftçi"nin legioneri milliyə çağırıldı
- 22 Avq 2023 18:14
- 337
“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub.
Rekord.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yığmanın heyətində sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Kilan Lebon “Neftçi”nin heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub.