“Neftçi”nin legionerindən millidə 1 qol, 1 məhsuldar ötürmə
- 13 Noy 2020 15:15
- 603
Futbol üzrə Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, qrup mərhələsinin 3-cü turunda “Neftçi”nin hücumçusu Prins İbaranın formasını geyindiyi Konqo yığması Esvatini ilə qarşılaşıb.
Konqolular bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar. Brazzavildə baş tutan oyun İbara üçün əlamətdar olub. Start heyətində meydana çıxan və 90-cı dəqiqədə əvəzlənən forvard qələbədə əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, 77-ci dəqiqədə hesabı açan forvard dörd dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Konqo qrupda ikinci pillədə qərarlaşıb.