"Neftçi"nin legionerləri milliyə çağırıldı
- 03 Noy 2019 17:00
- 989
"Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasına dəvət olunublar.
Rekord.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçilər noyabrın 17-si Kosta Rika ilə səfərdə keçiriləcək KONKAKAF Milli Liqası matçına çağırılıblar.
Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 18 oyunda 2, Gerye isə 46 oyunda 11 qol vurub.