"Neftçi"nin məşqçisi "Sumqayıt"da işləyib, "Xankəndi"də oynayacaq
- 13:00
- 52
Yeni yaranan "Xankəndi komandası heyətini daha bir futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, söhbət "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan Murad Rəhimlidən gedir.
22 yaşlı yarımmdafiəçi "kimyaçılar"ın 10-19 yaş arası bütün yaş qruplarında, o cümlədən əvəzedici heyətində də oynayıb, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarına da çağırılıb.
Muradla bağlı bəzi maraqlı məlumatları da sizinlə bölüşmək istərdik. Belə ki, Rəhimli hazırda "Neftçi"də Samir Abasovun köməkçisi olan Seymur Rəhimovun oğludur. Hərbi xidmərdən qayıtdıqdan sonra məşqçiliyə başlayan Murad hazırda "Sumqayıt" Futbol Akademiyasının aşağı yaş qruplarında məşqçi kimi çalışır.