«Neftçi»nin məşqçisi Kamil Qafarovun bacısı oğlu Bəşir Əliyev Qarabağda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Rekord.az xəbər verir ki, Qafarov şəhidlik zirvəsinə ucalan Bəşir haqda bunları deyib:

«Onun uşaqlıqdan arzusu döyüşüb, şəhid olmaq idi. Şəhidlərin şəkillərindən albom düzəldib, öz şəklini də onların arasına yapışdırmışdı.

Arzusuna çatdı bacım oğlu. Başda bacım olmaqla, hamıya Allahdan səbr diləyirəm! Yerin cənnət olsun, evin tək oğlu, Bəşir!».