“Neftçi”nin 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Netanya" mərhələsindəki rəqibləri bəlli olub.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-3 iyulda İsrailin Netanya şəhərində keçiriləcək turnirdə Niderland, Litva və Macarıstanın "Qyor" klubu ilə birlikdə B qrupunda mübarizə aparacaq.

"Neftçi" ilk oyununu iyulun 2-də Bakı vaxtı ilə saat 18:25-də Niderland seçməsinə qarşı keçirəcək.

Qruplarında birinci yeri tutan komandalar yarımfinala, ikinci və üçüncü pillənin sahibləri isə 1/4 finala vəsiqə qazanacaqlar.