"Neftçi"nin oyununa baxmaq üçün Bakıya gələcək
- 09 İyl 2021 15:00
- 653
"Olimpiakos"un baş məşqçisi Pedro Martins Bakıya gələcək.
Rekord.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Neftçi" və "Dinamo" (Tbilisi) arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.
Bu cütün qalibi II raundda Pirey təmsilçisinin rəqibi olacaq.
Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də olacaq.