Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Neftçi”nin mümkün rəqibi müəyyənləşib.

 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə görüşəcək bakılılar turu adlasa, “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Sentyabrın 17-də baş tutacaq “Neftçi” – “Qalatasaray” oyununun qalibi növbəti raundun görüşünü evdə keçirəcək. Əvvəlki mərhələlər kimi bu dəfə də cütün taleyi bir matçda həll olunacaq. Görüş sentyabrın 24-də baş tutacaq.

Qeyd edək ki, “Neftçi” 2-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubuna 2:1 hesabı ilə qalib gəlib.

Avropa Liqası
3-cü təsnifat mərhələsi

“Neftçi”/”Qalatasaray” (Türkiyə) – “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya)