"Neftçi"nin qapıçısı Aqil Məmmədov hələ də komandanın məşqlərinə qatıla bilmir.

Rekord.az xəbər verir ki, buna səbəb onun Bakıda olmamasıdır.

Belə ki, mart ayında ailəsinə baş çəkmək üçün doğulduğu Naxçıvana gedən Məmmədov məlum səbəblərdən hələ də Bakıya dönə bilmir.