"Neftçi"nin qapıçısı Aqil Məmmədov məşqlərə başlayıb.

Rekord.az xəbər verir ki, 34 yaşlı qolkiper dünən axşam saatlarında "ağ-qaralar"ın təlim-məşq toplanışı keçdiyi Rusiyanın Sankt-Peterburq şəhərinə çatıb.

"Matç TV" turnirində yerli "Zenit" komandasına 1:3 hesabı ilə uduzduqları görüşdə sıradan çıxan təcrübəli oyunçu Bakıya qayıtmışdı.

"Neftçi" turnirdəki üçüncü qarşılaşmasında iyulun 15-də Türkiyənin "Fənərbaxça" klubu ilə üz-üzə gələcək.