Azərbaycan millisinin, “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. 

Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Şimali Makedoniyanın “Şkupi” komandasına keçib. Klub hələlik onunla imzalanan müqavilənin detallarını açıqlamayıb. 

“Şkupi” “Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibidir. “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.