“Neftçi”nin rəqibi daha bir transfer etdi
- 12 Avq 2020 19:40
- 724
“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şkupi" heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi Albaniyanın "Vlajniya" klubunun müdafiəçisi Filip Qliqorovu rənglərinə bağlayıb.
27 yaşlı oyunçu Filip 2016-ci ildə "Şkupi"də oynayıb.
Qeyd edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.