"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın 3-cü liqasında çıxış edən "Marbelya"dan Karlos Espositonu transfer edib. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

18 yaşlı ispaniyalı hücumçu ötən mövsüm "Marbelya"nın U-19 komandasında 26 oyuna 16 qol vurub.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.