Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq Şimali Makedoniyanın “Şkupi” klubunun kollektivi bu oyundan öncə koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Artıq analizlərin nəticələri də bəllidir. Bütün futbolçular, məşqçilər heyəti və klub nümayəndələrinin test nəticələri mənfi olub. Komanda bu gün Bakıya gələcək. 

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyununa saat 20:00-da start veriləcək.