“Neftçi”nin rəqibindən yoxlama matçında heç-heçə
- 03 Sen 2020 21:12
- 581
Türkiyənin “Qalatasaray” klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Super Liqa nəhəngi yeni mövsümdən elitada mübarizə aparmaq hüququ qazanan “Hatayspor”la qarşılaşıb.
Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1. “Qalatasaray”ın yeganə qolunu 32-ci dəqiqədə 9 illik fasilədən sonra İstanbul klubuna qayıtmış Arda Turan vurub. 67-ci dəqiqədə isə Gökhan Karadeniz matçın yekun nəticəsini müəyyənləşdirib.
Yeri gəlmişkən, “Qalatasaray”ın start heyətində yer alan Kristian Luyindama, matça gecikdiyi üçün iştirak ərizəsindən çıxarılıb. Mbaye Diane isə zədə səbəbindən bu görüşün iştirakçısı olmayıb.
“Qalatasatay” aşağı yaş qruplarından ibarət komandalardan birinin üzvündə koronavirus aşkarlandığını da söyləyib.
Qeyd edək ki, sentyabrın 17-də Bakıda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.