![photo](https://www.rekord.az/images/default.png)
"Neftçi"nin Respublika stadionuna dönüşü alınmadı
- 01 Avq 2023 12:00
- 938
"Neftçi"nin Müşahidə Şurasına yeni sədr gələn Rövşən Nəcəfin əsas hədəflərindən biri də klubu ona tarixən bağlı olan Tofiq Bəhramov adına Respublika stadionuna qaytarmaq idi.
Rekord.az-a daxil olan məlumata görə, bu yöndə bir sıra cəhdlər də edilib, addımlar da atılıb.
Lakin sonluq istənilən kimi alınmayıb. Belə ki, stadion Azərbaycan Gənclər və İdman Nazirliyinin balansındadır və bu qurum da xeyli müddətdir ki, sözügedən arenanın "Qarabağ"a icarəyə verib. Bu il növbəti icarə müddətinin vaxtı sona çatırdı. "Neftçi"nin yenidən Respublika stadionuna dönmək şansını artıran da məhz bu məqam idi. Lakin bu yaxınlarda məlum olub ki, nazirlik "Qarabağ"la yenidən 5 illik yeni müqavilə imzalayıb. Bu isə o anlama gəlir ki, "Neftçi" ən azı daha 5 il ev oyunlarını başqa stadionda keçirməli olacaq.