"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin işsiz günləri tezliklə başa çata bilər.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin B seriyası klubunda çalışmağa yaxındır.

Çünki "Askoli" yeni baş məşqçi axtarışındadır ki, danışıq aparılan mütəxəssislərdən biri də Bordindir. Hazırkı çalışdırıcı David Dionigi ilə gələn həftə yollar ayrılacaq. Klub rəhbərliyinin bu posta 7 namizədi var.

Onlar arasında Bordinlə yanaşı, Alessandro Nesta və Massimo Oddo kimi tanınmış simalar da yer alır. Roberto Bordin 2018-ci ilin yayından bu ilin əvvəlinə qədər "Neftçi"yə rəhbərlik edib.