«Neftçi»nin sabiq baş məşqçisi Füzuli Məmmədov karyerasını ölkə xaricində davam etdirə bilər.

Rekord.az xəbər verir ki, ötən ilin noyabrında paytaxt klubundan ayrılan gənc mütəxəssis İrandan təklif alıb.

Belə ki, yerli Super Liqada mübarizə aparan «Saypa» azərbaycanlı çalışdırıcıya dəvət göndərib.

Tehran təmsilçisi F.Məmmədova 1 illik müqavilə təklif edib. Hazırda danışıqlar son mərhələdədir və məsələyə qarşıdakı 3-4 gün ərzində aydınlıq gəlməsi gözlənilir.

İranın kifayət qədər tanınmış və maliyyə cəhətdən böyük klublarından sayılan «Saypa» 20 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. (sportinfo.az)