"Neftçi"nin sabiq baş məşqçisi koronavirusa görə dostlarını itirib
- 03 Apr 2020 16:45
- 649
"Neftçi”nin sabiq italiyalı baş məşqçisi RobertoBordin ölkəsində koronavirusun tüğyan etməsi ilə bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, futbolinfo.az-a danışan çalışdırıcı bir çox dostunun bu xəstəliyə tutulduğunu, bir neçə dostunun vəfatetdiyini bildirib:
"İtaliya üçün çox çətin vəziyyətdir. Lakin hökumət bizə düzgün yol göstərdi və evdə qalmağımız üçün hər şeyə müdaxilə etdi. Təəssüf ki, bütün dünyada vəziyyət çətindir.
Yalnız evdə qalmaqla infeksiyanı azalda bilərik. Bütün tibbi işçilərinə kömək edərik. Çox üzülürəm. Çünki bir neçə dostum da daxil olmaqla, xeyli insan vəfat etdi. Buna kədərlənirəm”.