
"Neftçi"nin sabiq baş məşqçisi "Spartak" futbolçularına niyə güldü?
- 2023-03-18 18:40
- 243
"Neftçi"nin, o cümlədən də "Zenit"in sabiq baş məşqçisi olmuş Vlastilim Petrjela Rusiya çempionatındakı hazırkı rəqabət haqda fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, çexiyalı mütəxəssis "Spartak"ın indiki halda "Zenit"lə rəqabətini gülünc adlandırıb: "Spartak"ın "Orenburq"la oyunu "Zenit" üçün heç bir əhəmiyyət kəsb etmirdi. Onsuz da heç kim "Zenit"ə çata bilməyəcək. Belə vəziyyətdə "Spartak" futbolçuları "Zenit"lə hansı rəqabətdən danışır, bu. gülməlidir".