"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri bəlli olub.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis Albaniyada çalışacaq. 

O, yüksək liqa təmsilçisi “Elbasani”nin baş məşqçisi təyin edilib.

Bordin 2018-ci il iyunundan 2020-ci ilin yanvarına qədər "Neftçi"də çalışıb. O, "Neftçi"dən sonra Moldova millisi, "Şerif" və "Triestina"nı çalışdlırıb.