“Neftçi”nin sabiq futbolçusu Gilyerme Pato yenidən komandasını dəyişib.


Rekord.az xəbər verir ki, braziliyalı vinger bu ilin yanvarında keçdiyi “Mirassol”dan ayrılıb.


Braziliya B Seriyası təmsilçisi “Amerika Mineyro” Patonu heyətinə cəlb edib. Klub bununla bağlı rəsmi açıqlama yayıb. Pato “Amerika Mineyro” ilə 1 illik müqavilə imzalayıb.


Xatırladaq ki, 2022-ci ilin yanvarından 2023-cü ilin fevralına qədər "Neftçi"də oynayan Gilyerme Pato bu müddət ərzində 32 rəsmi matçda meydana çıxıb, 2 qol vurub.