“Neftçi”nin sabiq futbolçusu karyerasını başa vurdu
- 23 May 2024 21:40
- 203
“Neftçi"nin sabiq üzvü Petr Raku karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, son olaraq “Milsami”də çıxış etmiş müdafiəçi 36 yaşında futboldan getməyə qərar verib.
Moldova millisinin sabiq üzvü 2019-cu ilin fevralından iyununa qədər “Neftçi”də çıxış edib. Heyətdə möhkəmlənə bilməyən Raku "ağ-qaralar"ın heyətində cəmi 2 oyuna çıxıb. O, “Zimbru”, “Nörçöpinq”, “Veris”, “Şerif”, “Petrolul” klublarında da oynayıb.