![photo](https://www.rekord.az/storage/uploads/5/635828c9-8cea-34e3-b140-71380131dc72-850.jpg)
“Neftçi”nin sabiq futbolçusu Kipr klubunda
- 13 İyl 2023 17:15
- 297
"Neftçi"nin sabiq futbolçusu Mamadu Kane Kiprin "Pafos" komandasına keçib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi komanda ilə 3 illik müqavilə imzalayıb.
26 yaşlı oyunçu Pafos şəhərinin eyniadlı təmsilçisinə Yunanıstan "Olimpiakos"undan transfer olunub.
Kane 2019-2021-ci illərdə "Neftçi"nin formasını geyinib.