“Olimpiakos” 47-ci Yunanıstan çempionluğunu rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Pirey təmsilçisi mayın 14-də doğma azarkeşləri önündə PAOK-la 1:1 oynayaraq çempionatın başa çatmasına 1 tur qalmış qızıl medallara sahib olub.

“Olimpiakos”un uğurunda “Neftçi” azarkeşlərinin sevimli futbolçusunun da rolu olub. Söhbət ötən il Yunanıstan klubuna satılan, yanvarda “ağ-qaralar”ı tərk edən Mamadu Kanedən gedir.

Qvineyalı çempionluğun rəsmiləşdiyi qarşılaşmada start heyətində yer alaraq 90 dəqiqə meydanda olub. Bu il “ağ-qırmızı” formada çempionatda 4 oyunda 249, ölkə kubokunda 1 matçda 66 dəqiqə şans qazanıb.

Premyer Liqa klubunun  forması Səudiyyə Ərəbistanı millisinin rənglərində

“Olimpiakos”un əvəzedici komandasında isə 2 qarşılaşmada 169 dəqiqə top dalınca qaçıb və 1 qola imza atıb.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Neftçi” ilə Azərbaycan çempionu olmuşdu.