"Neftçi"nin sabiq idman direktoru nədən müalicə olunur?
- 19 Dek 2020 14:00
- 715
Bir müddət əvvəl "Neftçi"nin sabiq idman direktoru Güloğlan Cabbarovun koronavirusa yoluxduğu, hətta vəziyyətinin ağır olması səbəbindən reanimasiyaya yerləşdirilməsi haqda məlumatlar yayıldı.
Lakin Rekord.az xəbər verir ki, sonradan bu məlumatlar tam təsdiqini tapmadı.
Belə ki, Cabbarovun səhhətində həqiqətən də problem yaranıb və o xəstəxanay yerləşdirilib. Lakin koronavirusdan yox, soyuqdəymə və yüksək təzyiqdən əziyyət çəkir. Müalicəsini isə reanimasiyada yox, adi palatada alır.