“Neftçi”nin sabiq prezidenti ÇL oyununa təyinat aldı
- 05 Avq 2024 14:52
- 194
UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada yerli "Slaviya" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, avqustun 7-də Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək oyunu almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.