"Neftçi"nin sabiq prezidenti "Fənərbaxça"nın oyununa təyinat aldı
- 18 Sen 2023 16:00
- 306
"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Türkiyədə "Fənərbaxça" və Danimarkanın “Nordsyelland” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.