“Neftçi”nin sabiq vitse-prezidenti İlqar Quluzadə dünyasını dəyişib.

Rekord.az xəbər verir ki, bu barədə həkim Rahim Məhərrəmov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, mərhumun koronavirusdan vəfat etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Quluzadə 2009/2010-cu illərdə "Neftçi"də çalışıb. O, bu postda Ramin Musayevi əvəzləmişdi.

Allah rəhmət eləsin!