AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 01.06.2023-cü il tarixli qərarlarını nəzərinizə çatdırırıq:

1. “Neftçi” Peşəkar Futbol Klubunun tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 26.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyevin qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanması, klubun 4000 manat cərimə edilməsi (maddə 41.4) barədə İntizam Komitəsinin 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.