“Neftçi”nin “Spartak”la oyunu azərbaycanlı hakimlərə tapşırıldı
- 23 Mar 2024 16:40
- 202
"Neftçi" bu gün Rusiyanın "Spartak" klubu ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, "Neftçi Arena"da keçiriləcək və saat 18:00-da başlayacaq qarşılaşmanı Azərbaycandan olan hakimlər briqadası idarə edəcək:
"Neftçi" – "Spartak"
"Neftçi Arena". Saat 18:00
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Kamran Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov