Rusiyada "Spartak" və "Neftçi" komandaları arasında keçiriləcək yoxlama oyununun vaxtı dəqiqləşib.

Rekord.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də "Otkrıtiye Bank Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "ağ-qaralar" hazırda Rusiyada “Matç TV” turnirində iştirak edir. Komanda ilk matçında "Zenit"ə 1:3 hesabı ilə uduzub. "Neftçi" iyulun 8-i saat 20:30-da Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.