“Neftçi”nin veteranı Almaniyadan Bakıya gəldi və doğum gününü qeyd etdi
- 27 Mar 2020 15:00
- 920
“Neftçi”nin veteran qapıçısı Elxan Rəsulov uzun müddətli fasilədən sonra vətənə dönüb.
Rekord.az xəbər verir ki, Almaniyada yaşayan həmyrlimiz Bakıda həm doğum gününü qeyd edib, həm də veteran dostları ilə görüşüb.
Bu haqda bizə məlumat verən “Neftçi”nin veteran futbolçusu Asəf Namazov Rəsulovu təbrik etməklə bərabər onun dəyərli insan olduğunu da xatırladıb.
Qeyd edək ki, hələlik AFFA-dan və Veteranlar İttifaqından heç kim veteran qapıçı ilə əlaqə saxlamayıb.