“Neftçi”nin yeni baş məşqçisi açıqlandı
- 24 Dek 2023 19:30
- 718
Adrian Mutu ilə yolları ayıran "Neftçi"nin yeni baş məşqçisi bəlli oluib.
Rekord.az xəbər verir ki, Mutunu bu vəzifədə Miodraq Bojoviç əvəzləyib.
Monteneqrolu mütəxəssis bu gün Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında ictimaiyyətə təqdim olunub.
Bojoviç “Belqrad”, “Boraç”, “Obiliç”, “Hayduk” (Belqrad), AEK (Pafos), “Buduçnost”, “Qrbal”, “Amkar” (Perm), “Moska”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Srvena Zvezda”, “Krılya Sovetov” kimi klublarda baş məşqçi olub. Son olaraq Tula “Arsenal”ını çalışdıran Bojoviç 2022-ci ilin yayından işsizdir.