"Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçuk yeni mövsümə yeni kapitanla başlaya bilər.

Rekord.az xəbər verir ki, ukraynalı baş məşqçi hazırkı kapitan Emin Mahmudovun hazırlıq səviyyəsindən tam olaraq razı deyil.

Bu mənadsa böyük ehtimal Mahmudov əsas heyətdə daha az oynamaq şansı qazanacaq. Belə olan halda isə təbii olaraq, sarğı meydançada daha çox olan futbolçunun qoluna bağlanmalıdır. Qriqorçuk hələ ki, bu məsələ ilə bağlı son qərarını verməyib.