“Neftçi” Ramon Maçadonun ardınca Tyaqu Bezerranın transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, braziliyalı hücumçu Azərbaycana gələr-gəlməz onunla bağlı maraqlı faktın üstü açılıb.

Demə, Samir Abasovun bəyəndiyi “sambaçı” daha əvvəl “Zirə”yə təklif olunub. Fəqət, qəsəbə klubu cənubi amerikalıya görə 60 min dollar xərcə düşmək istəməyib. (sportinfo.az)