"Neftçi"nin 17 yaşadək futbolçuları Türkiyənin "Beşiktaş" klubunun əsas komandası ilə görüşüblər.


Rekord.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə "qara qartallar"ın baş məşqçisi Ule-Qunnar Solskyaer, Bakı klubunun Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov iştirak ediblər.


Yeniyetmə oyunçular, "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər. Ule-Qunnar Solskyaer və Zaur Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.


"Neftçi"nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir