“Neftçi” hücumçu problemini həll etməyin çarəsini tapıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çıxış yolunu transferə ayrılan büdcəni artırmaqda görüb.

Bakılılar maraq dairəsinə düşən əcnəbi forvardın alınmasına indi kifayət qədər böyük məbləğ - 450-500 min dollar ayırıb.

Bununla bağlı Samir Abasova xəbərdarlıq olunub. Baş məşqçiyə yeni bir siyahı verilib və o, tez bir zamanda seçim etməlidir.