“Neftçi”yə heç bir şans vermədik” - Renduliç
- 18 Avq 2024 23:22
- 171
“Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idik. Bu barədə heç bir şübhə ola bilməz".
Rekord.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Milsi Premyer Liqasının 3-cü turunda bu gün "Neftçi"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 2:0 hesablı səfər qələbəsini belə şərh edib: "İlk saniyələrdən məqsədimiz 3 xal götürmək idi. Bir ay arzində 7-ci oyunumuz idi. Bu oyun göstərdi ki, fiziki cəhətdən hazırıq. Bu, bizim mental cəhətdən də güclü olduğumuzu göstərir. Xoşbəxtəm ki, qapımızda qol görmədik. "Neftçi"yə heç bir şans vermədik. Onlar qapımızda qol vəziyyəti yarada bilmədilər. "Neftçi" hücumda pis çıxış etdi. Bu, bizlik deyil, "Neftçi"likdir.
Renduliç "Ardıcıl məğlubiyyətlərdən sonra klub rəhbərliyinin sizə xəbərdarlığı oldumu?" sualını belə cavablandırıb: "Rəhbərliklə demək olar ki, hər gün danışırıq. Nəticələr futbolda normaldır. Bəzən istədiyin kimi olmur. İki cəbhədə vuruşmaq hər kəs üçün ağırdır. Amma bu gün oyunçularımın reaksiyası mükəmməl idi".
Renduliç "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu keçmək şansını da dəyərləndirib: "Osiyek"lə oyundan öncə Xorvatiya mətbuatına bildirmişdim ki, "Zirə" çox ciddi rəqibdir, onların keyfiyyəti var. "Zirə" göstərdi ki, mən haqlıydım. "Qarabağ" haqda da demişəm ki, çox yaxşı komandadır, hücumda istedadlı oyunçuları var. Bu, həqiqətdir. Avropada son illərdə mükəmməl nəticələr göstəriblər. "Qarabağ"la oyunlar "Dinamo" üçün çox ağır olacaq. Bizi iki çox maraqlı matç gözləyir".