Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt klubu öz bazasında Birinci Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb.

Matç “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namiq Ələsgərov vurub. 

Qeyd edək ki, bu, qış fasiləsində Azərbaycan klublarının ifasında ilk yoxlama oyunu olub.