![photo](https://www.rekord.az/storage/uploads/5/ramin-nesirli-1.jpg)
Nəsirli oynadı, komandası liderə böyük hesabla uduzdu
- 31 İyl 2023 10:00
- 231
Latviya çempionatında 24-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Riqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib - 0:3.
Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.