Latviya çempionatında 23-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Valmiera” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib - 1:0.

Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+5-ci dəqiqədə əvəzlənib.

Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.