![photo](https://www.rekord.az/storage/uploads/5/ramin-nesirli-1.jpg)
Nəsirli oynadı, komandası yenə uduzdu
- 12 Avq 2023 19:49
- 268
Latviya çempionatında 26-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Liepaya” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib - 1:2.
Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71 dəqiqə oynayıb.
Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.