Nəsirli oynadı, komandası yenə uduzdu
- 28 Avq 2023 13:31
- 421
Latviya çempionatında 27-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Auda” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib - 0:2.
Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62 dəqiqə oynayıb.
Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.