
Nəsirlinin komandası doğma meydanda xal itirdi
- 01 İyl 2023 10:30
- 284
Latviya çempionatında 20-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Yelqava” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib - 1:1.
Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
Futbolçumzun komandası hazırda 18 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.