“Nəticə ədalətli deyil” – Rəşad Sadıqov
- 18 Fev 2024 20:56
- 276
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini paylaşıb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Oyuna çox yaxşı başlamışdıq. Üstün oynayırdıq. Sadəcə, top itkisi baş verdi və rəqib də boşluqdan istifadə edib, ilk hücumda qol vurdu. Ondan sonra çoxsaylı hücumlarımız oldu, qollar vurduq. Heç biri qeydə alınmadı. Hücumlara davam etdik, bəzi dəqiqələrdə üstünlük rəqibə keçirdi. Ümumilikdə götürsək, futbolçularım bu gün qəhrəmancasına mübarizə aparırdı.Hamısını bağrımıza basıram. Bu şəkildə də davam etməliyik. İstər rəqiblərlə, istərsə də, başqa hallarla sonuna qədər mübarizə aparmalıyıq. Möhkəm kollektivimiz var, onu bu gün meydanda gördüm. Allah qoysa, istədiyimiz nəticələrlə mövsümü başa vurarıq.
Oyunun nəticəsi ədalətli deyil, ən azından məğlub olmamalıydıq. Qollarımız qeydə alınsaydı, qol epizodlarından istifadə etsəydik...Bu mövsüm "Neftçi" ilə oyunlarda fantastik epizodlar qaçırırıq. Çox ciddi şanssızlıqlar yaşayırıq. Bu ərəfələrdə 6-7 qol vurmuşuq, amma qeydə alınmayıb”.