
“Nəticə fərqli olsaydı…” - Rəşad Sadıqov
- 24 Fev 2025 21:50
- 39
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Nəticə fərqli də olsaydı, yenə bu fikirdə qalacaqdım. Dünən rəqib komanda oyuna gəlsə də, oyun təxirə salındı. Bu gün də matç bir neçə saat yubandı. "Zirə" azarkeşləri, klubun işçiləri, bir sözlə, hər kəs stadionun qardan təmizlənməsi üçün əlindən gələni edirdi. Qarşılaşmanın gecikməsi isə futbolçuların motivasiyasını aşağı sala bilərdi. Lakin onların hər biri bu gün meydanda "vuruşdular". Qazandığımız qələbə bizim üçün çox önəmli idi. Buna görə futbolçularıma təşəkkür edirəm. "Kəpəz" yaxşı komandadır, iddialı komandalarla layiqli mübarizə aparır".