“Nəticə qazanmağa çalışacağıq” - “Omoniya”nın baş məşqçisi
- 28 Avq 2024 20:00
- 119
"Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında Bakıya gəldikləri üçün məmnun olduqlarını bildirib:
"Qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir. Məncə, maraqlı qarşılaşma olacaq. İkinci matç birincidən fərqlənir. Artıq demək olar ki, rəqiblər də bir-birini tanıyırlar. "Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq. Biz də yaxşı oynamağa və nəticə qazanmağa çalışacağıq”.
Avqustun 29-da "Dalğa Arena"da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.