Neymar məşqi buraxdı
- 07 Fev 2021 14:27
- 657
PSJ-nin futbolçusu Neymar komandanın dünənki məşqində iştirak etməyib.
Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu səhhəti ilə bağlı problem yaşayır. O, mədə-bağırsaq sistemində narahatlıq hiss etdiyi üçün hazırlıq prosesini buraxıb. Braziliyalı oyunçunun yaxında müayinə olunacağı bildirilib.
Qeyd edək ki, Neymar bu mövsüm PSJ ilə 10 matça çıxaraq, 6 qol vurub və 4 qolun ötürməsini verib.